Bu ilin yanvar ayında terror hücumları ilə gündəmə hələn Fransanın satirik jurnalı “Charlie Hebdo”da gəlirlərin bölüşdürülməsi mövzusunda anlaşılmazlıq yaranıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, jurnalın yazarlarından olan Laurent Leger 11 işçi ilə bir araya gələrək gəlirlərin bərabər bölüşdürülməsi üçün bir qrup yaratdıqlarını bildirib.
“Charlie Hebdo” jurnalına yanvarın 7-də edilən qanlı hücumda 12 nəfər həyatını itirib. Jurnal hücumdan sonra dərc etdiyi ilk nömrənin satışı və toplanan ianələrdən 15 milyon avrodan çox gəlir əldə edib.