23 Mart 2015 16:09
1 625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistan təcavüz halları, qadın cinayətləri və qadın intiharları ilə tez-tez gündəmə gəlir. Hər 20 dəqiqədə bir qadının təcavüzə uğradığı ölkə bu dəfə Pradnya Mandhare adlı gənc qızın cəsarəti danışır.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, universitet tələbəsi olan Mandhare ona təcavüz etmək istəyən şəxsi zərərsizləşdirərək, polisə təslim edib.

Yayılan məlumatlara görə, gənc qız Bombey şəhərindəki stansiyada qatar gözləyərkən yanına yaxınlaşan spirtli bir kişi tərəfindən təcavüz məruz qalıb. Mandhare verdiyi açıqlamada kişini təkbaşına, əl çantası ilə vuraraq, zərərsizləşdirdiyini, daha sonra isə saçından tutaraq, polis məntəqəsinə apardığını deyib.

Samir


Müəllif:

Oxşar xəbərlər