“ABŞ İsrailin təhlükəsizliyini təmin etməyə yönəlik dəstəyini əsirgəməyəcək”.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Denis Makdonaf açıqlayıb. Onun sözlərinə görə, iki ölkə arasında təhlükəsizlik, hərbi və kəşfiyyat sahəsində əməkdaşlığın davam edəcək.
İsrailin uzun müddət təhlükəsizliyini təmin etməyin ən yaxşı yolu kimi Fələstinlə razılaşmağın olduğunu deyən Makdonaf çıxışında “işğal” sözünü istifadə etməsi də diqqət çəkib: “İsrail ilə Fələstin arasında dövlət sərhədləri 1967-cü ildə əldə olunmuş razılıq əsasında formalaşmalıdır. Hər bir dövlətin təhlükəsizliyini və etibarlılığını qoruyan qəbul edilmiş sərhədlərə ehtiyacı var. İsrailin də bu məsələdə ciddi addımlar atması lazımdır. Təxminən 50 ildir davam edən işğal başa çatmalıdır. Fələstinlilər müstəqil bir ölkədə yaşamaq və özlərini idarə etmə hüququna malik olmalıdır”.
Samir