Germanwings hava yollarına aid sərnişin təyyarəsini qəsdən qəzaya uğradan pilot Andreas Lubitzin keçmiş sevgilisi şok açıqlama verib.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, pilotun keçmiç sevgilisi deyib: "Qəzanı eşidəndə Lubitzin sözlərini xatırladım. O, bir dəfə mənimlə söhbətində "Bir gün bir şey edəcəyəm və hər kəs mənim adımı öyrənəcək, məni xatırlayacaq" demişdi. O zaman nə demək istədiyini anlamamışdım, ancaq indi hər şey çox daha dəqiqdir".
Qeyd edək ki, Germanwings aava yollarına aid Barselona-Düsseldorf reysini reallaşdıran sərnişin təyyarəsi köməkçi pilot Andreas Lubitz Fransa ərazisində qəzaya uğradılıb və hadisə nəticəsində 150 nəfər həlak olub.
Nihad