29 Mart 2015 10:24
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Boko Haram” Nigeriyada keçirilən prezident seçkilərdə zorakılıqlar törədib


Nigeriyada keçirilən prezident seçkiləri zamanı “Boko Haram” qruplaşması çoxsaylı zorakılıqlar törədiblər.


ANS PRESS-in məlumatına görə, silahlılar prosesə əngəl olmaq üçün bir neçə seçki məntəqələrinə hücum ediblər.


Burataya vilayətində 23 nəfərin başlarının kəsilərək edam olunub. Silahlılar bir neçə sakinin evlərinə od vurublar. Hücumlar zamanı azı 32 nəfər yaralanıb.


Səsvermə zamanı bir neçə yerdə partlayışlar da törədilib.


Zorakılıqlara baxmayaraq, hazırkı prezident Qudlak Conatan qeydiyyatda olduğu Otuoke şəhərində səs hüququndan istifadə edib.


Seçkilər bu gün də davam edəcək.


Müəllif:

Oxşar xəbərlər