31 Mart 2015 09:39
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada fələstinlilərin yaşadığı Yermuk qaçqın düşərgəsində HƏMAS təşkilatının liderlərindən birinə sui-qəsd edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, HƏMAS Yəhya Huraninin sui-qəsd nəticəsində öldüyünü açıqlayıb.

Huraninin səhər saatlarında Fələstin xəstəxanasına gedən vaxt hücuma məruz qaldığı bildirilir. Sui-qəsdin kimlər tərəfindən edildiyinə dair isə məlumat verilməyib.

Huraninin Yermuk qaçqın düşərgəsində humanitar və tibbi yardım sahəsində çalışdığı bildirilir. 1957-ci ildə Dəməşqdə qurulan qaçqın düşərgəsində yerləşən fələstinlilərin sayı yarım milyona çatıb. Yermuk Orta Şərqin ən böyük qaçqın düşərgələrindən biri sayılır.


Müəllif:

Oxşar xəbərlər