31 Mart 2015 19:38
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Krımı birləşdirdiyinə görə Rusiya iqtisadiyyatı yaxın 3-4 il ərzində 150-200 mlrd dollar əlavə xərcə düşəcək".

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin bildirib.

"Krımı maliyyələşdirmək üçün ildə azı 6-7 milyard dollar tələb olunacaq. Əlavə xərcləri də nəzərə almaqla bu rəqəm böyüyərək 3-4 il ərzində 150-200 milyard dolara çata bilər”, - A.Kudrin qeyd edib.

Krımın ilhaqı ilə bağlı Rusiaynın bilavasitə iqtisadi itkilərinə Kudrin, o cümlədən, sanksiyaları və ölkə iqtisadiyyatına beynəlxalq aləmdə münasibətin dəyişməsini də aid edib. Aleksey Kudrinin qənaətincə, Rusiya rəsmiləri siyasi məqsədlər naminə iqtisadi nailiyyətləri qurban verirlər.

Sabiq nazir 2015-ci ildə Rusiya iqtisadiyyatına investisiyaların azalacağını və yaxın 5 il ərzində iqtisadiyyatda durğunluğun yaranacağını proqnozlaşdılrır.


Müəllif:

Oxşar xəbərlər