Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn və Küveytdə qum fırtınası səbəbindən bəzi təyyarə reysləri təxirə salınıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, təbiət hadisəsi həmçinin bir sıra məktəblərin və iş yerlərinin bağlanmasına səbəb olub.
Səudiyyə Ərəbistanı Mülki Aviasiya Təşkilatından verilən açıqlamada bəzi təyyarələrin hava limanına enməsində ciddi problemlə üzləşdiyi qeyd edilib.
Ən gərgin vəziyyət isə Küveytdə qeydə alınıb. Hökumət burada fövqəladə vəziyyətin elan olunduğunu açıqlayıb.
Samir