Krım televiziyasının bağlanması ifadə azadlığının pozulmasıdır.
Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bu fikir Avropa İttifaqının saytında yerləşdirilmiş məlumatda bildirilib. Yayılan məlumata görə, bu, Krım tatarlarının təqibinə və hüquqlarının pozulmasına şərait yaradır.
Qeyd edək ki, aprelin 1-də telekanalın lisenziyası bitib və Rusiya hökuməti onu yenidən qeydiyyatdan keçirməkdən imtina edib.
Telekanal rəhbərliyi isə bunun üçün Rusiya prezidenti Vladimir Putinə məktubla müraciət edib.
Samir