Moldovada fermerlər kütləvi etiraz aksiyaları keçirilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, aksiyalar ölkənin 33 regionunda baş tutub. Yayılan məlumatlara görə, fermerlər bəzi magistral yolları bağlayaraq, onlara dərhal kənd təsərrüfatı məhsulları daşımaq üçün xüsusi texnikanın ayrılmasını və daşınma qiymətlərinin dəyişdirilməsini tələb ediblər.
Etirazçılar qiymətlərin hədindən artıq yüksək olmasını daşınmanın baha başa gəlməsi ilə əlaqələndirirlər.
Fermerlər hökumətə aprel ayının ortalarınadək vaxt verib.
Polis qısa müddətdə yollarda hərəkətin bərpa edildiyini bildirib. Aksiyalar zamanı insident yaşanmayıb.
Samir