Almaniya və Avstraliyada islam əleyhinə aksiyalar güclənib.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, Avstraliyanın 19 şəhərini əhatə edən aksiyalar zamanı nümayişçilər irqçi şüarlar səsləndiriblər.
Aksiyanı dağıtmağa çalışan polislə etirazçılar arasında insident yaşanıb. Təhlükəsizlik işçiləri etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Ona yaxın şəxsin həbs edildiyi və beş nəfərin yaralandığı açıqlanıb. Nümayişdə 3 min nəfərin iştirak etdiyi bildirilib.
Hadisədən sonra açıqlama verən müxalifyönülü “İşçi” partiyasının sədri Bill Şorten baş verən insidenti qınayıb. O, polisin etdiyi hərəkətin şiddət doğurduğunu və hər kəsin ifadə azadlığının olduğunu deyib.
Digər bir aksiya isə Almaniyada “Qərbin islamlaşmasına qarşı vətənpərvər avropalılar” (PEGİDA) təşkilatının təşkilatçılığı ilə keçirilib. Frankfut və Kölndə keçirilən aksiyalar insidentsiz başa çatıb.
Samir