6 Aprel 2015 17:00
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın Caypur bölgəsində “Air India” şirkətinə məxsus təyyarədə insident yaşanıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, yayılan məlumatlarda insident zamanı ikinci pilot təyyarənin kabinəsində kapitanı döyüb. Rəsmilər hadisə baş verən vaxtı təyyarənin Dehliyə uçmağa hazırlaşdığını bildiriblər.

Yerli mənbənin sözlərinə görə, ekipaj komandiri ikinci pilota uçuş üçün lazımi məlumatları xüsusi vərəqdə göstərilməsini tapşırıb. Bundan hirslənən ikinci pilot kapitanı döyüb.

Samir


Müəllif: