Yunanıstanın paytaxtı Afinada ölkədəki həbsxanalarda aclıq tətili keçirən məhbuslara dəstək məqsədilə on minlərlə insan küçələrə axışıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, solçu qrupların təşkil etdiyi aksiya gecə boyu davam edib. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər. Onlar yeni hökumətin islahatlar aparmasını təlbə ediblər.
Gecəyə doğru isə nümayişçilərlə polis arasında toqquşmalar yaşanıb. Etirazçı kütlə 50 avtomobilə və 100-dən çox mağazaya od vurublar.
Baş verən insident zamanı polis gözyaşadırcı qaz və dəyənəklərdən istifadə edib. İnsident zamanı saxlanılanların sayı ilə bağlı məlumat verilmir.
Samir