10 Aprel 2015 14:20
1 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çexiyada tibb bacısının dörd il ərzində 6 xəstəni öz iş yükünü azaltmaq üçün qəsdən öldürdüyü məlum olub.

Teleqraf.com “Daily Mirror” qəzetinə istinadən xəbər verir ki, tibb bacısı Maresova yaşlı xəstəsinə dozadan artıq dərman verərək öldürdüyünü etiraf edib.

Ötən il avqust ayında 70 yaşlı xəstəni öldürdüyü üçün həbs olunan tibb bacısının etirafları hamını şoka edib.

O, işlədiyi xəstəxanada 4 il ərzində 5-i qadın, 1-i oğlan olan qurbanlarına ölümcül dozada kalium verdiyini qəbul edib.

50 yaşlı tibb bacısına "ölüm mələyi" ləqəbi verilib.

Məsələ ilə bağlı açıqlama verən prokuror Frantisek Stibor tibb bacısının əqli sağlamlığının yerində olduğunu və nə etdiyini çox yaxşı bildiyini qeyd edib.

Maresovanun ömürlük həbs cəzasına məhkum olunacağı bildirilib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər