Fransanın paytaxtı Parisdə etiraz aksiyaları keçirilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hökumətin yeni islahatlarına qarşı keçirilən etirazlarda 3 min insan iştirak edib. Onlar arasında tələbələr üstünlük təşkil edib.
Əsas tələblərdən biri təhsil sistemində edilmiş yeni islahatlar nəticəsində yaranmış problemlərin aradan qaldırılması olub. Etirazlar insidentlə nəticələnib. Polisə daş və dəyənəklərlə hücum edən etirazçılar 17 təhlükəsizlik işçisinə ağır xəsarət yetirib.
Polis səs bombalarından və göz yaşardıcı qazlardan istifadə edib. Hadisə zamanı 10 nəfərin saxlanıldığı bildirilib. İnsident nəticəsində bir sıra mağazaların və dayancaqların şüşələri sındırılıb.
Samir