13 Aprel 2015 18:08
1 465
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Oklahoma ştatnın Tulsa şəhərində polis 44 yaşlı afroamerikalı Erik Harrisi atəş açaraq öldürüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə Harris mülki geyimli polisə silah satarkən baş verib.

Maşına kənardan yaxınlaşan polisləri görən Erik qaçmağa başlayıb. Bir müddət qaçdıqdan sonra təngənəfəs olan Erik polislərə nəfəs ala bilmədiyini desə də, təhlükəsizlik işçiləri buna fikir verməyib və ona bir dəfə atəş açıb.

Harris hadisə yerində həyatını itirib. Polis verdiyi açıqlamada Harrisin silahlı olduğunu bildirib.

Teleqraf.com həmin görüntüləri təqdim edir:

Samir


Müəllif:

Oxşar xəbərlər