İngilislər şahzadə Uilyam və Keyt Middltonun ikinci uşaqlarının doğulmasından da qazanc əldə etmək istəyirlər.
Londonun bukmeyker kontorları şahzadə Uilyam və Keyt Middltonun ikinci uşaqlarının qız və ya oğlan doğulacağı, çəkisi, saçının rəngi və valideynlərinin ona qoyacaqları ad barədə mərc gedişlər qəbul edirlər.
Yatırılan gedişlərə əsasən, Böyük Britaniya sakinlərinin yarıdan çoxu kral ailəsində qız uşağının doğulacağına əmindir. Ona veriləcək ən populyar ad isə Alisa seçilib. Əgər sonuncu ehtimal doğru çıxarsa, bukmeykerlər qaliblərə beş rəqəmli uduşlar təqdim etməyə məcbur olacaqlar. Sonrakı populyar adlar Elizabet və Şarlottadır. Yox əgər oğlan olarsa, onda ehtimallara görə, uşağa Riçard, Ceyms, Artur və yaxud Çarlz adları qoyula bilər.