16 Aprel 2015 13:28
1 778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Konya bölgəsində məktəb yoldaşları ilə gölə üzməyə gedən 14 yaşlı Yasin Yıldırım boğularaq həyatını itirib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, dostları olanları polisə anladıb: “Suya girdiyi zaman Yasinə üzə bilmədiyini dəfələrlə dedik. Bir neçə dəfə zarafatla özünü boğulmuş kimi göstərdi. Sonra birdən suyun altında yoxa çıxdı”.

Hadisə yerinə gələn xilasedicilər yeniyetmənin cansız bədənini sudan çıxarıblar.

Suya girməzdən əvvəl Yasin telefonunu digər yoldaşına verib. Baş verənlər də elə Yasinin öz telefonu ilə lentə alınıb.

Teleqraf.com həmin görüntüləri təqdim edir:

Samir


Müəllif: