Ukraynada son 1 il ərzində yaşanan münaqişədə 6 mindən çox insan ölüb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin insan hüquqları üzrə ali komissarının hesabatında qeyd olunur.
Bundan başqa, son bir il ərzində Donbass zonasındakı qarşıdurma səbəbindən 15 mindən çox insanın yaralandığı deyilir.