Gecə saatlarında Ermənistanda "Ural" markalı hərbi avtomobilin qəzaya uğraması nəticəsində bir nəfər hərbçi ölüb, 3-ü yaralanıb.
"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.
Xəbərə görə, avtomobildə hərbçilər olub. Maşın Spitak rayonunda yoldan çıxaraq yarğana yuvarlanıb.
Ölən hərbçinin adı açıqlanıb. Bu, 20 yaşlı sıravi əsgər Artyom Tovmasyandır.