Bloomberg Pay Index reytinqinə əsasən, Apple şirkətinin baş direktoru Tim Kuk 65,2 milyon dollar qazanıb.
Onun idarəçiliyi dövründə şirkətin mədaxili 69 faiz yüksələrək 183 milyard dollar, xalis mənfəət isə 53 faiz yüksələrək 39,5 milyard dollar təşkil edib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, iPhone smartfonlarının satış həcmi iki dəfə artaraq korporasiyaya 102 milyard dollar gəlir gətirib.
Nəticədə 54 yaşlı Tim Kuk ABŞ-ın ən yüksək maaş alan rəhbərlərinin reytinqində 17-ci yerə yüksəlib. GoPronun təsisçisi Nik Vudman reytinqdə birinci pilləni tutur.