Səudiyyə Ərəbistanının rəhbərliyi altında olan koalisiya qüvvələri gecə boyu Yəməndə üsyançıların mövqelərini atəşə tutublar.
Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, hücumlar zamanı ən azı 103 dinc sakinin həyatını itirdiyi, 600-dən çox vətəndaşın isə yaralandığı bildirilib.
Ölənlərdən 63-ü bölgədə yerləşən restoranlardan birinin bombardman edilməsi zamanı həyatını itirib.
Yayılan məlumatlara görə, koalisiya qüvvələrinin 27 gün ərzində hücumları nəticəsində 2795 dinc sakin həlak olub.
Samir