Türkiyədə ötən il keçirilən bələdiyyə seçkiləri zamanı hakim Ədalət və İnkişaf Partiyasının (AKP) məşhur bayraq reklamı tunisli siyasətçilər tərəfindən oğurlanıb.
Publika.az xəbər verir ki, “Youtube”də yayılan videoda ötən ilin oktyabr ayında Tunisdə keçirilən parlament seçkiləri zamanı AKP-nin bayraq reklamının olduğu kimi istifadə olunduğu görünür. Yeganə fərq Türkiyə bayrağının yerinə Tunis bayrağının asılmasıdır.
Lakin plagiatı konkret hansı partiyanın etdiyi məlum deyil.