20 May 2014 23:46
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikanın iri avtomobil konserni “General Motors” təhlükəsizlikdə yaranmış problem üzündən ABŞ-dan 2,4 milyon avtomobili geri çağırmaq niyyətindədir.

“GM”dən bildiriblər ki, geri çağırılmış avtomobillərdəki nasazlığı aradan qaldırmaq üçün təxminən 400 mln dollar xərclənəcək. Bu məbləğ keçən həftə səsləndirilmiş qiymətdən iki dəfə çoxdur. Konserndən bildirirlər ki, aşkarlanmış nasazlıq hələ heç kimin ölümünə səbəb olmayıb.

Keçər həftə ABŞ hakimiyyəti “General Motors”a 35 mln dollar cərimə kəsib. Buna səbəb şirkətin yanma kilidi nasaz olan kiçik litrajlı avtomobilləri vaxtında geri çağırmaması olub./anspress/


Müəllif: