23 Aprel 2015 01:30
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin NATO-ya qoşulması ilə bağlı referendum keçirmək niyyətindədir.


Teleqraf.com-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın dövlət başçısı Fransanın “iTele” telekanalına deyib.


“Düşünürəm ki, Ukraynanın NATO-ya üzv olmaq məsələsini xalq həll etməlidir. Çünki söhbət mühüm və fundamental məsələdən gedir. Güman edirəm ki, ölkəmizdə bununla bağlı referendum təşkil edəcəyik və xalq öz sözünü deyəcək”, P.Poroşenko qeyd edib.

Nihad


Müəllif:

Oxşar xəbərlər