29 Aprel 2015 09:30
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT zəlzələdən zərər çəkmiş Nepala yardım olaraq 15 milyon dollar yönəldəcək.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bu barədə məlumat BMT-nin rəsmi səhifəsində yerləşdirilib. Məlumatda qeyd edilir ki, vəsait zəlzələdən zərər çəkmişləri yaşayış yeri, su və qida ilə təmin etməyə yardım edən təşkilatlara ayrılacaq.

Qeyd edək ki, aprelin 25-i 7,8 bal gücündə baş vermiş zəlzələ nəticəsində 5 mindən çox insan həyatını itirib, on minə qədər insan yaralanıb. Fəlakət zonasında infrastruktur dağılıb, rabitə və elektrik yoxdur.

Samir


Müəllif: