İçərisində ABŞ-ın sabiq prezidenti Bill Klintonun da olduğu təyyarə Tanzaniyada məcburi eniş edib.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, təyyarə 4 mühərrikdən birində nasazlıq yaranması səbəbindən eniş etməyə məcbur olub. Təyyarədəkilərdən heç biri zərər çəkməyib.
Qeyd edək ki, Klinton səhiyyə sahəsində proqramların necə həyata keçirilməsini yoxlamaq üçün Şərqi Afrikaya uçurmuş. Klinton və qızı Çelsi Keniya, Liberiya və Mərakeşi ziyarət edəcəkmiş.
Nihad