30 Aprel 2015 15:13
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada son illərdə məscidlərə hücumlar artıb. Xüsusilə son aylardakı bu halların artması bütün müsəlmanlarda narahatlıq yaratmağa başlayıb.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, Almaniyadakı məscid hücumlarına daha biri əlavə olunub.

Almaniyanın Aşağı Saksoniya əyalətinin Salzgitter şəhərində yerləşən məscidin divarları və şüşələrinə qırmızı boyayla Nasistlərin simvolu olan svastika çəkilib. Məsələ ilə bağlı əyalət polisi araşdırmalara başlayıb.

Samir


Müəllif: