Şahzadə Uilyam və həyat yoldaşı, Kembric Hersoginyası Keytın qızlarının anadan olması şərəfinə Britaniyada xatirə sikkələri buraxılacaq.
AZƏRTAC Britaniya KİV-lərinə istinadla xəbər verir ki, Böyük Britaniyanın Kral Sikkəxanasında ilk olaraq 5 funtluq (7,6 dollar) sikkənin şəkli nümayiş etdirilib.
Kraliça II Elizabetin, şahzadənin valideynlərinin və Britaniya maliyyə nazirinin razılığı ilə buraxılan sikkənin üzərində bu sözlər yazılıb: “İkinci uşağın anadan olması şərəfinə”. Sikkənin mərkəzində şahzadənin valideynlərinin titulları yer alıb: “Kembric hersoqu və hersoginyası”. Burada əksini tapan “2015” rəqəmi isə Kral ailəsində artımın baş verməsinin işarəsidir. Çəkisi 40 qrama qədər olan 88 əyarlı cəmi 500 ədəd qızıl sikkə buraxılacaq. Digərləri isə 28 qramlıq gümüşdən ibarət olacaq.