6 May 2015 01:57
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamentinin Xarici İşlər Komitəsi Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qətnamə layihəsini dəstəkləyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qətnamə layihəsinin iyunda Assambleyanın səsverməsinə çıxarılması nəzərdə tutulub.

“Rusiyanın Ukraynanın şərqində vəziyyətin gərginləşdirilməsini davam edəcəyi və Krımın işğalına son qoymayacağı Aİ sanksiyaları sərtləşdirməli və Ukraynaya müdafiə silahlarının və digər hərbi yardımın verilməsi məsələsinə baxmalıdır”, deyə sənəddə qeyd olunub.

Sənəddə həmçinin Qara dəniz regionunda təhlükəsizliyin təmin olunması üçün Aİ-nin NATO və ABŞ-la əməkdaşlıq etməsinin zəruriliyi qeyd olunub.


Müəllif:

Oxşar xəbərlər