6 May 2015 08:37
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avrasiya iqtisadi ittifaqına daxil olan ölkələr şəxsi pul-kredit siyasətinə keçiddən əl çəkmək istəməsələr də bu onlara asan başa gəlməyəcək.

ANS PRESS-in məlumatına görə, Avrasiya iqtisadi komissiyasının mütəxəssisləri bildiriblər ki, RF, Qazaxstan, Belarus və Ermənistanın vahid valyutaya keçmək üçün çox fərqli iqtisadiyyatları mövcuddur. Bildiyimiz kimi fərqliliyi də burada zəif Ermənistan iqtisadiyyatı yaradır. Bir də ölkələr arasında baş verən zəif ticarət mübadiləsi (2014-cü ildə 11,7%) olması da vahid valyuta sisteminə keçidin vacibliyini sual altına qoyur.

Lakin RF Mərkəzi Bankı ölkənin prezidenti Vladimir Putindən 2015-ci ilin sentyabrınadək vahid valyuta məsələsini həll etmək tapşıtrığı alıb. Ekspertlər düşünür ki, bu işin nəticəsi süni şəkildə verilə bilər.

Bundan əvvəl də xəbər verilmişdi ki, Belarus, vahid valyutaya keçid məsələsinin aktual olmadığını deyib. Eləcə də Qazaxstandan bildirmişdilər ki, Avrasiya iqtisadi ittifaqının yaranması zamanı vahid valyutaya keçid barədə danışılmamışdı.

İttifaqı təşkil edən 2 əsas ölkənin narazılığı yaxın zaman çərçivəsində Avraisya ittifaqında vahid valyutaya keçidin olmayacağından xəbər verir.


Müəllif:

Oxşar xəbərlər