7 May 2015 13:12
2 506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyi mayın 9-da keçiriləcək Qələbə paradında yeni tipli Rusiya istehsalı tankını nümayiş etdirmək niyyətindədir.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, “Armata” adlı T-14 tipli tanklar bəzi özəl xüsusiyyətlərə malikdir. Bu zirehli texnika haqqında Rusiya tərəfi ətraflı məlumat verməyib. Ancaq T-14-ün optik və elektron cihazlarla təminatı onu digər zirehli maşınlardan fərqləndirən əsas cəhəti olaraq göstərilir.

Ukraynalı ekspert Andrey Tarasenko deyib ki, T-14 yaradıcılarının başlıca diqqətləri tankın zirehinə yönəldilib. Bu isə o deməkdir ki, bu texnika kütləvi tank döyüşləri üçün nəzərdə tutulub. Tarasenko qeyd edib ki, sepli silah tammiqyaslı münaqişələr, yəni üçüncü dünya müharibəsi üçün nəzərdə tutulub.

Rusiya hərbi ekspertlərindən Viktor Muraxovski bildirib ki, qorunma səviyyəsinə görə bu tankın dünyada analoqu yoxdur. O, T-14-ü düzənlik döyüşləri üçün universal silah hesab edib.

Britaniya hərbi eksperti Paul Beaver isə yaxın 20-30 ildə bu zirehli texnikaya alternativin olmayacağına diqqəti yönəldib. Onun sözlərinə görə, bununla Moskva zirehli texnikanın istehsalı sahəsində ciddi sıçrayış edə bilib.

Samir


Müəllif:

Oxşar xəbərlər