9 May 2015 16:09
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Qazprom şirkəti “Türk axını” layihəsinin tikintisinə başlamaq qərarını verib.

Teleqraf.com xarici mediya istinadən xəbər verir ki, bununla bağlı Qazprom şirkətinin idarə heyətinin sədri Aleksey Miller açılama verib. Onun sözlərinə görə, şirkət layihənin açıq dənizdə yerləşən hissəsinin tikintisinə başlayacaq.

Türkiyəli rəsmilər isə inşasına başlanacaq boru kəmərinin “Türk axını” sistemini yaradacaq 4 boru xəttindən yalnız biri olduğunu bildirib.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin Ankaraya səfəri zamanı türkiyəi həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə bu layihənin tikintisi ilə bağlı razılıq əldə edilib. “Türk axını” vasitəsilə Rusiya Avropaya il ərzində 63 milyard kübmetr qaz satacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər