Nepalın şərqində baş verən 7,3 bal gücündə zəlzələdən sonra ölənlərin sayı 65 nəfər çatıb.
Teleqraf.com “Cihan” agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı 2 mindən çox insanın xəsarət aldığı bildirilib.
Rəsmilər episentri Çautara qəsəbəsinin yaxınlığında olan zəlzələdən sonra əhalini evlərinə girməməyə çağırıb. Bu səbəbdən insanlar küçədə gecələməli olub.
Samir