13 May 2015 23:08
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vatikan Fələstin dövlətini tanımağa hazır olduğunu bildirib.


APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Vatikanın yaydığı açıqlamada bildirilir.


Sənəddə vurğulanır ki, Vatikan Fələstin Azadlıq Təşkilatı ilə deyil, məhz Fələstin dövləti ilə rəsmi diplomatik münasibətlərin olmasının tərəfdarıdır.

İsrail hökuməti bununla bağlı təəssüfünü bildirib.

Qeyd edək ki, mayın 16-da Roma Papası Fransisk Fələstin lideri Mahmud Abbasla görüşəcək.

Xatırladaq ki, ötən il Portuqaliya, Fransa, Böyük Britaniya, İrlandiya və İspaniyada Fələstinin tanınması ilə bağlı müvafiq qətnamələr qəbul edilib.


Müəllif:

Oxşar xəbərlər