Hindistanın Uttar-Pradeş ştatında sərnişin qatarı traktorla toqquşub.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, hadisə zamanı 10 sərnişin həyatını itirib, 33-ü isə xəsarət alıb. Hadisə traktorun sürücüsünün diqqətsizliyi səbəbindən baş verib.
Qeyd edək ki, Hindistanda tez-tez belə qəzalar baş verir. Yerli medianın məluamtına görə, son bir ildə stat ərazisində baş verən Qatar qəzaları zamanı 50 min insan həlak olub, 200 mini isə yaralanıb.
Samir