Qazaxıstanın paytaxtı Astanada Suriya hökumət nümayəndələri ilə müxaliflər arasında danışıqlar keçiriləcək.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, görüş mayın 27-də bağlı qağpılar arxasında baş tutacaq. Yayılan məlumatda danışıqlardan sonra görüşün nəticələri ilə mətbuat konfransının keçiriləcəyi bildirilib.
Qeyd edək ki, bir müddət əvvəl suriyalı müxalif qüvvələr Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən Suriya böhranının həlli ilə bağlı danışıqlara vasitəçilik etməyi xahiş edib.
Samir