“Moskva Vaşinqtonla qarşılıqlı əlaqələrdən imtina etmir”.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
Onun sözlərinə görə, bu cür əlaqələr mütləq Rusiyanın maraqlarına cavab verməlidir: “Sözsüz ki, biz qarşılıqlı əlaqələrdən imtina etmirik. Amma Rusiya bu əməkdaşlığa ona görə razılaşmır ki, onlar bunu istəyir. Ona görə ki, konkret bu sahələr bizim maraqlarımıza cavab verir”.
Samir