ABŞ-ın Arizona ştatında İslam əleyhinə aksiyalar keçirilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Foeniks şəhərində yerləşən İslam Camaatı Mərkəzinin qarşısında toplanan 200 qədər nümayişçi İslam dini əleyhinə şüarlar səsləndiriblər.
Cümə namazı vaxtı keçirilən aksiyada Həzrəti Məhəmmədin karikaturaları və İslamı təhqir edən plakatlar qaldırılıb.
Nümayiş keçmiş amerikalı zabit tərəfindən təşkil edilib. Etirazçıların silahlı olması ilə bağlı məlumat verilib.
Polis şəhərdə xüsusi barrikadalar qurub. Rəsmilər şəhərdə islamçılarla anti-islamçılar arasında toqquşmaların olacağından ehtiyat edirlər.
Samir