1 İyun 2015 11:32
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin vaxtilə rəhbərlik etdiyi Milli Demokratik Partiyasının əsas qərargahlarının sökülməsinə başlanılıb.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, Qahirəin Tahir Meydanının yanında yerləşən bina 2011-ci ildə üsyançılar tərəfindən yandırılıb.

Misir hökuməti aprel ayında bu qərarı təsdiqləyərək, ərazinin yaxınlıqda yerləşən Misir muzeyinə veriləcəyini bildirib.

Mübarək ötən ayın əvvəlində korrupsiya ittihamları ilə 3 il azadlıqdan məhrum edilib. Onun iki oğluna da eyni ittihamlarla 4 il həbs cəzası verilib.

Samir


Müəllif:

Oxşar xəbərlər