Bu işgəncə üsulları qanınızı donduracaq, bəlkə də axıra kimi oxuya bilməyəcək və yarımçıq saxlamaq məcburiyyətində qalacaqsınız.
Teleqraf.com xarici mətbuata istinadən məhz tarixin qaranlıq üzünü nümayiş etdirən ölümdən betər işgəncə üsulları və vasitələrini təqdim edir:
1. İşgəncə veriləcək adamı soyunduraraq vannaya qoyub üzərinə bal tökürlərmiş. Daha sonra onu arı və qarışqalara yem edirlərmiş.
2. “Siciliya öküzü” kimi tanınan bu dəhşətli işgəncə növündə qurban düyüdən hazırlanmış öküzün içinə qoyulurmuş. Sonra isə altdan ocaq qalanırmış.
3. "Heretikler Çəngəli" - Çinin ən məşhur işgəncə növüdür. Qurban günlərlə ayaq üstdə yuxusuz saxlanılır. Yuxu tutan zaman başı aşağı əyiləndə çəngəl ona batır.
4. "Boyun İşgəncə aləti" -bu alət qurbanın boynuna bağlanılır və sıxılırmış.
5. "Qurğuşun damcılatma" - ərimiş qurğuşun üzə, qulağa, burun və gözə damcıladılırmış.
6. İçərisi iynə kimi metallarla qurulmuş xüsusi işgəncə vasitəsidir. Qurbanın az-az qan itirərək ölməsini təmin edirmiş.
7. "Məngənə" - qurbananın əl və ayaqlarını sıxaraq işgəncə verilir.
8. "Gilyotin" - Fransada inqilab dövründə daha çox istifadə edilib. Qurbanların boynunun vurulması üçündür.
9. Qurbanların dilinin kəsilməsi üçün istifadə edilib.
10. Tamamilə kəskin dəmirli olan kresloya oturdulan qurbanlar qan itkisindən ölürmuş
11. "Sement Ayaqqabı" - ayaqlarına daş bağlanan qurbanlar dənizlərə və göllərə atılırmış
12. İnkivizisiyanın ən çox istifadə etdiyi işgəncə alətidir. Qurban soyundurularaq kəskin mismarları olan bu alətin üzərində oturdulurmuş. Onu tez-tez durub oturmağa məcbur edirlərmiş. Bu zaman cəzalandırılan şəxs qan itkisindən ölürmüş.
13. Bu üsul 15-cü əsrdə Rumıniyada tətbiq olunnub. Qurban hazırlanmış iti uclu taxtaya oturdulurmuş.
14. "Tabut işgəncəsi" - günahkar, insan bədəni formasında hazırlanmış metal qəfəsə qoyularaq ağacdan və ya divardan asılırmış.
15. Ən çox işgəncə verən alətlərdən biridir. Alətin üzərində cinayətkarın qollarına və ayaqlarına keçirtmək üçün iplər var. Xüsusi olaraq hazırlanmış qolu çevirdikdə cinayətkarın sümükləri böyük bir səslə və əzab verməklə qırılır. Bəzi orqanlar isə vücuddan qopurmuş.
Rüstəm