1 İyun 2015 18:05
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Milli Təhlükəsizlik Agentliyinə (NSA) vətəndaşların telefon danışıqlarını dinləməyə və onları saxlamağa icazə verən “Vətənpərvərlik aktı”nın (“Patriot Act”) icrası dayandırılıb.

Publika.az “The Washington Post” nəşrinə istinadən xəbər verir ki, Senat dünən keçirdiyi növbədənkənar iclasında “Vətənpərvərlik aktı”nın müddətinin uzadılmasını uyğunlaşdıra bilməyib.

“The Washington Post”un yazdığına görə, qanunun işləmə müddəti 1 iyun tarixində gecə yarısında bitib. Dünən isə Senat qanunun işləmə müddətinin uzadılmasını uyğunlaşdıra bilməyib. Respublikaçı senator Rend Pol “Vətənpərvərlik aktı”nın Konstitusiyaya zidd olduğunu bildirib. Senator Con Makkeyn isə çıxışında deyib ki, Pol milli təhlükəsizlik deyil, böyük şəxsi ambisiyalara əhəmiyyət verir.

Bir gün əvvəl isə ABŞ prezidenti Barak Obama xalqa həftəlik müraciətində Senatdan “Vətənpərvərlik aktı”nı dəstəkləməyi xahiş edib. Ağ Evin başçısının sözlərinə görə, “Vətənpərvərlik aktı” “terrorizmlə mübarizə”nin ən əhəmiyyətli elementlərindən biridir.

“Senatorların kiçik qrupu bu qanun layihəsinin qəbuluna mane olur. Bu, milli təhlükəsizlik məsələsidir”, - Obama müraciətində deyib.

BBC xəbər verir ki, NSA vətəndaşların telefon zənglərinin dinlənilməsində istifadə olunan serverləri söndürməyə başlayıb. Eyni zamanda qeyd edilir ki, “Vətənpərvərlik aktı” ilə bağlı vəziyyət xarici kəşfiyyatların fəaliyyətini araşdıran və onları dinləyən xidmət orqanlarının iş prinsiplərinə təsir etməyəcək.


Müəllif:

Oxşar xəbərlər