2 İyun 2015 09:36
2 238
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı döyüşçülərinin 14 yaşlı oğlana verdiyi dəhşətli işgəncənin görüntüləri yayımlanıb.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, video terrorçulardan biri tərəfindən lentə alınıb. Görüntülər BBC-nin müxbiri tərəfindən aşkar edilib.

Əhməd adında həmin oğlan hazırda Türkiyədə yaşayır. O, olanları belə xatırlayır: “Məni döyüşçü kimi yetişdirmək istəyirdilər. Razı olmadım. Əllərimdən asıb, məni şallaqlayır, bədənimə elektrik cərəyanı verirdilər. Həmin vaxt mən elə bilirdim ki, öləcəyəm və daha heç vaxt valideynlərimi, bacı-qardaşlarımı, dostlarımı və qohumlarımı görməyəcəyəm”.

Samir


Müəllif:

Oxşar xəbərlər