4 İyun 2015 11:29
686

Ukraynanın şərqində gecə saatlarından başlayaraq, rusiyayönlü separatçılarla yerli qüvvələr arasında qarşıdurmalar şiddətlənib.

Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, separatçılar Donetskin Maripol şəhərində Ukrayna ordusunun mövqelərinə ağır silahlardan hücumlar təşkil edib.

Döyüşlər zamanı 3 əsgər və 10 polis həyatını itirib. Qarşıdurmalar nəticəsində 4 rus separatçısı da öldürülüb. Ukraynalı rəsmilər atəşkəsin yaraqlılar tərəfindən pozulduğunu bildiriblər.

Samir


Müəllif:
loading...