Suriyanın paytaxtı Dəməşqin cənubunda yerləşən və 3 ildən artıq president Bəşər Əsədə sadiq qüvvələr tərəfindən mühasirədə saxlanılan Yermuk qaçqın düşərgəsi ətrafında toqquşmalar yaşanıb.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, döyüşlər zamanı 25 rejim əsgəri öldürülüb.
Yayılan məlumata görə, əsgərlər gizlin yollarla qaçqın düşərgəsinə girməyə çalışıb. Rəsmilər 6 saat davam edən atışma zamanı daha 25 əsgərin də yaralandığını açıqlayıblar.
Qeyd edək ki, Yermuk hazırda “Əl Nusra” terrorçularının nəzarətindədir.
Samir