8 İyun 2015 15:01
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan ordusu son sutka ərzində “Taliban” terror təşkilatına qarşı xüsusi əməliyyat keçirib.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, döyüşlər zamanı 50 terrorçu öldürülüb, 22-i isə yaralanıb.

Yaralananlardan ikisi əfqan əsgəridir. Döyüşlər əsasən Paktika, Xost, Qəndəhar, Zabul, Qəzni və Uruzqan bölgələrində gedib.

Məsələ ilə bağlı açıqlama verən Əfqanıstan Daxili İşlər Nazirliyi ölənlər arasında "Taliban" hərəkatının liderlərindən biri olan Molla Asmatulla da olub.

Samir


Müəllif: