Ukraynanın şərqində gedən döyüşlərdə əsas qaz kəməri zədələnib.
Ukraynan qaz-nəqliyyat şirkəti liman şəhəri olan Mariupol da daxil olmaqla 3 şəhərin qazla təhcizatının dayandırılacağını bildirir.
Şirkətin məlumatına görə, bu 2 gün sürəcək.
Amma şirkət bunun Avropanın qazla təhcizatına təsir etməyəcəyini bildirir.
Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində hökumət qüvvələri ilə rusiyapərəst separatçılar arasında gedən döyüşlərdə 6400-dən çox adam ölüb.