Ermənistanın baş nazir Hovik Abrahamyan cümə axşamı günü növbəti müşavirə əsnasında 105 min təminatsız ailələrin aylıq müavinətini 2000 dram (təxminən 4,2 dollar) artırmaq qərarı qəbul olunduğunu bəyan edib.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, elektrik enerji tariflərinin qaldırılması haqqında qərarın ləğv edilməsi tələbilə Yerevanın mərkəzində etiraz aksiya iştirakçıları Abrahamyanın yoxsul ailələrə təzminat vermək tələbini qəbul etməyiblər.
Ermənistan baş naziri elektrik enerji tariflərinin qaldırılması zəruriliyini su elektrik stansiyalarının işləkliyinin təmin olunması üçün su azlığı, atom elektrik stansiyasının plan üzrə nəzərdə tutulduğundan çox dayanması və Ermənistan milli valyutası, dramın, son üç ay ərzində təxminən 20 faiz dəyərsizləşməsi ilə izah edib.
Qeyd edək ki, avqustun 1-dən, Ermənistan İctimai Xidmətləri Nizamlayan Komissiyanın qərarı ilə, elektrik enerjinin tarifləri təxminən 7 dram (16 faiz) qalxmalıdır.
Samir