27 İyun 2015 09:59
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Aş-Şabab” terror qruplaşmasının döyüşçüləri Afrika İttifaqının Somalinin Luqo şəhərində yerləşən hərbi bazasına hücum ediblər.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, hücum iyunun 26-da səhər saatlarında başlayıb.

Somalili mayor Nur Olounun sözlərinə görə, partlayıcı maddələrlə dolu maşın köməyilə bazanın qapıları dağıdılıb. Afrika İttifaqının hərbi gücləri avtomobilə atəş açsalar da, döyüşçülər bazaya daxil ola biliblər.

Luqo vilayətinin qubernatoru Abdikadir Mohamed Sidi bildirib ki, itkilərin miqdarı haqqında danışmaq hələ tezdir.


Lakin “Aş-Şabab” qruplaşmasının rəsmi nümayəndəsi Abdiaziz Abu Musab 35 əsgərin öldürüldüyünü deyib. Somali səlahiyyətlisi Mohammed Haji 25 terrorçunun məhv edildiyini söyləyib.

Qeyd edək ki, “Aş-Şabab” iyunun 18-də verdiyi bəyanatında Ramazan ayında daha çox terror aktı təşkil edəcəyinə söz verib. “Aş-Şabab” Somali və onun hüdudları xaricində fəaliyyət göstərən terror qruplaşmasıdır. 2014-cü ildə Somalinin xeyli hissəsi “Aş-Şabab”dan təmizlənib.


Müəllif:

Oxşar xəbərlər