ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri İraqın Ənbar və Mosul vilayətlərində hava hücumları həyata keçiriblər.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı təşkil edilən hücumlar zamanı 33 terrorçu öldürülüb. Ölənlər arasında İŞİD-in yüksək rütbəli döyüşçüləri də olub.
Hücumlar əsasən İraqın Suriya sərhədindəki Əl-Qaim mahalına və Mosulun qərbində yerləşən Əl-Kesk bölgəsinə edilib.
Samir